📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəranda ev yandı - Video

2026-11-26 17:32:28

Lənkəranda ev yandı - Video

Lənkəranda yaşayış evi yanıb.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Şıxəkəran kəndində baş verib.

Yanğın 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan, birmərtəbəli 3 otaqlı evdə olub.

Yanğın zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə iki yanğınsöndürən texnika və şəxsi heyəti cəlb edilib, alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov