📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəranda evdən 75 min 500 manat oğurlandı

2026-09-22 16:27:00

Lənkəranda evdən 75 min 500 manat oğurlandı

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.