📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

2023-12-23 15:38:04

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Lənkəranda 15 yaşlı şəxsin anafilaktik şokdan ölməsi ilə bağlı məlumat yayılıb. 

Hurriyyet.az xəbər verir ki, TƏBİB-dən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Osakücə kənd sakini 2008-ci il təvəllüdlü  Məhəmməd Zahid oğlu Nəcəfov “Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: 

“22.12.2023-cü il tarixində saat 22:15 radələrində 2008-ci il təvəllüdlü Lənkəran rayonu Osakücə kənd sakini (cinsi kişi) “Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib”.

***

Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.

Hurriyyet.az xəbər verir ki, “Report”un cənub bürosunun məlumatına görə, ötən gecə rayonun Osakücə kənd sakini 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Açil şöbəsinə yerləşdirilib.

Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma başlanılıb.