📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lənkəranskinin 10 ildir axtarışda olan adamı saxlanıldı

2026-10-31 21:13:36

Lənkəranskinin 10 ildir axtarışda olan adamı saxlanıldı

Serqo Tsotsxalaşvili saxlanılıb.

Modern.az-ın xəbərinə görə, 2016-cı ildən federal axtarışda olan gürcü əsilli kriminal avtoritet 10 il ərzində hüquq-mühafizə orqanlarından gizlənib.

Məlumatda bildirilir ki, Tsotsxalaşvili Şimali Osetiyadan Gürcüstana qanunsuz keçərək orada gizlənmək istəyib.
O, 2016-cı ilin yanvarında Sankt-Peterburqdakı “Marrakeş” restoranında saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilib. Həmin cinayətə görə ona 3 il şərti həbs cəzası verilib.

Lakin sonradan şərti hökm ləğv olunaraq iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb. Bundan sonra Tsotsxalaşvili qaçaraq gizlənib və uzun illər ərzində onun yeri müəyyən edilməyib.

Saxlanılan şəxsin yaxın vaxtlarda Sankt-Peterburqa aparılması gözlənilir.

Qeyd edək ki, Serqo Tsotsxalaşvili 2014-cü ilin martında Türkiyədə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən “tac”landırılıb.