📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lentsov erməni separatçıları əmin etdi: çalışır…

2023-04-27 16:28:00

Lentsov erməni separatçıları əmin etdi: çalışır…

Bu gün Qarabağdakı separatçıların münayəndələri ilə Rusiya sülhməramlılarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov arasında görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan məlumat verib.

Petrosyanın məlumatına görə, Lentsov görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır.

“Sonda biz mütəmadi olaraq görüşmək, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq barədə razılığa gəldik”, - o qeyd edib.