📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lentsov Qarabağdan gedəcək? – erməni mətbuatından iddia

2023-04-27 13:43:00

Lentsov Qarabağdan gedəcək? – erməni mətbuatından iddia

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanda dərc edilən “Hraparak” qəzeti Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının yeni komandiri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsovun Moskvaya qayıda biləcəyi iddiası ilə çıxış edib. Qəzet yazıb: “Lentsov Moskvaya qayıda bilər, çünki bu gün Rusiya silahlı qüvvələrində belə mütəxəssislər çatışmır və bu müddət ərzində onun Rusiyada olmasına ehtiyac böyükdür”.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun müşaviri (2020-ci ildən bəri) general-polkovnik Aleksandr Lentsov Əfqanıstan, Birinci çeçen, İkinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2009-2013-cü illərdı Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini, 2013-2020-ci illərdə Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb.

Hürr Tərcüman