“Leopard” tankları Ukraynaya nə vaxt veriləcək? – Polşadan açıqlama
2023-02-14 22:43:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Brüsseldə NATO müdafiə nazirlərinin iclasında çıxış edən Polşa Müdafiə naziri Mariuş Blaşak Almaniya istehsalı olan “Leopard” tanklarının Ukraynaya verilməsi üçün qurulan koalisiyaya yeni ölkələrin qoşulacağını bildirərək deyib: “İlk “Leopard tankları mart ayında Ukraynaya gedəcək”.
Blaşak Polşanın Ukrayna üçün humanitar və hərbi yardım istiqamətində addımlar atdığını vurğulayıb. Nazir deyib: “Eyni zamanda Polşa ordusunu da gücləndirir və təchizatını müasirləşdiririk”.
Hürr Tərcüman