📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

LERİKDƏ ƏMƏLİYYAT: qanunsuz qızıl axtaranlar polisə müqavimət göstərdi - BİR NƏFƏR ÖLDÜ

2026-10-21 19:34:13

LERİKDƏ ƏMƏLİYYAT: qanunsuz qızıl axtaranlar polisə müqavimət göstərdi - BİR NƏFƏR ÖLDÜ

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üçüncü şəxs də polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis tərəfindən davam etdirilən tədbirlərlə hadisə yerindən qaçan R.Qasımov saxlanılıb.

Xatırladaq ki, dağlıq ərazidə qızıl axtaran üç nəfər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edib. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb, E.Kərimov isə saxlanılıb.

***09:50

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs - E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.