📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lerikdə qəza - 3 nəfər yaralandı

2026-10-08 10:36:03

Lerikdə qəza - 3 nəfər yaralandı

Lerikdə yol- nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Blaband kəndində qeydə alınıb.

Belə ki, Sadiq Novruzovun idarə etdiyi “Niva” markalı maşın və “UAZ” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Niva”da olan 3 nəfər xəsarət alıb.

Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bağırovun xəsarəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona kəllə-beyin travması diaqnozu təyin edilib. Müalicəsi xəstəxanada davam etdirilir.