📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Leyla Abdullayeva “Le Monde”ni tənqid etdi

2022-12-17 20:59:00

Leyla Abdullayeva “Le Monde”ni tənqid etdi

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib.

Bu barədə diplomat tviterdə yazıb.

"Le Monde" gözünü aç!

- Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;

- Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)", - o, qeyd edib. \\Ölkə.az