Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib — VİDEO
2026-09-19 11:15:39
Leyla Əliyevadan duyğulu paylaşım: Nüsrət Kəsəmənlinin məşhur şeirini səsləndirdi
Hurriyyet.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi sosial media hesabında yeni video-paylaşım edib.
Leyla Əliyeva Azərbaycan ədəbiyyatının unudulmaz nümayəndəsi, xalqın sevimli şairi Nüsrət Kəsəmənlinin "Mənə bir az ondan danış" adlı məşhur şeirini səsləndirib. Onun özünəməxsus həzin ifasında təqdim olunan poetik paylaşım sosial şəbəkə istifadəçiləri və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.