📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

2026-09-18 20:29:48

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.