📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

LGBT-lərin hüquqlarının qorunması ilə bağlı fərman imzaladı

2026-10-15 18:16:55

LGBT-lərin hüquqlarının qorunması ilə bağlı fərman imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski LGBTİQ+ icmasının hüquqlarının müdafiəsini də nəzərdə tutan yeni Milli İnsan Hüquqları Strategiyasını təsdiqləyib.

Modern.az Ukraynanın UA.News nəşrinə istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində insan hüquqları sahəsində öhdəliklərinin yerinə yetirilməsinə xidmət edir.

Strategiya bütün vətəndaşların, o cümlədən LGBTİQ+ icmasına mənsub şəxslərin ayrı-seçkilikdən və zorakılıqdan müdafiəsini nəzərdə tutur.

Sənəddə seksual oriyentasiyaya görə ayrı-seçkiliyin qarşısının alınması, dövlət xidmətlərinə bərabər çıxışın təmin edilməsi və həssas qrupların hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət ayrılıb.

Yeni strategiya, həmçinin uşaqların, əlilliyi olan şəxslərin, müharibə veteranlarının, məcburi köçkünlərin, əsirlərin və milli azlıqların hüquqlarının müdafiəsini əhatə edir.

Bildirilib ki, sənədin əsas məqsədi Ukrayna qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması və insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsidir.

Strategiyanın həyata keçirilməsi dövlət və yerli büdcələr hesabına maliyyələşdiriləcək.