📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

LGBT-ni təbliğ edən əcnəbilər Rusiyadan çıxarılacaq

2022-10-22 00:19:00

LGBT-ni təbliğ edən əcnəbilər Rusiyadan çıxarılacaq

Rusiyada LGBT təbliğatını qadağan edən qanun layihələri paketi Dövlət Dumasına təqdim edilib

Hurriyyet.Az Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsinə oktyabrın 27-də birinci oxunuşda baxıla bilər.

Layihəyə əsasən böyüklər arasında qeyri-ənənəvi dəyərlərin təbliğinə görə əcnəbilər 100 min rubldan 200 min rubla qədər inzibati cərimə olunacaq. Yetkinlik yaşına çatmayanlar arasında oxşar hərəkətlərə görə – 200 mindən 400 min rubla qədər cərimə və deportasiya qərarı verilə bilər.

Rusiya vətəndaşları üçün böyüklər arasında təbliğata görə inzibati cərimələr 4 milyon rubla qədər, uşaqlar arasında isə 5 milyon rubla qədər olacaq. Bundan əlavə, təbliğat xarakterli filmlərə proyka sertifikatının verilməsinin qadağan edilməsi təklif edilir. Həmçinin KİV-də və reklamda belə məlumatların yayılmasının qadağan edilməsi təklif edilir.

Qanun layihəsində həmçinin uşaqların qeyri-ənənəvi dəyərləri təbliğ edən məlumatlara baxmaq və ya dinləmək imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi təklif edilir.

Oktyabrın 17-də müvafiq qanunvericilik təşəbbüsləri ilə bağlı parlamentdə dinləmələri keçirilib. Dəyişikliklər paketini dinləmələrə dəvət olunmuş deputatlar və senatorlar, habelə Baş Prokurorluğun, Roskomnadzorun, Mədəniyyət və Dini Konfessiyalar Nazirliyinin nümayəndələri dəstəkləyib. \\KONKRET.az