LGTB yoxsa, sərbəst viza da yoxdur - Aİ Gürcüstanı "cəzalandırmağa" hazırlaşır
2024-09-20 15:45:46
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Gürcüstanla vizasız rejimi dayandırmaq məsələsini nəzərdən keçirir. Avropa İttifaqının Gürcüstandakı səfiri Pevel Qerçinski qeyd edib ki, ölkə Aİ ilə yaxınlaşma yoluna qayıtmalıdır, əks təqdirdə birlik Gürcüstanla vizasız rejimi dayandırmaq da daxil olmaqla, bir sıra məsələləri nəzərdən keçirəcək.
Qeyd edək ki, bu ilin may ayında Gürcüstanda "Xarici təsirin şəfafflığı haqqında" qanun layihəsinin qəbul edilməsindən sonra ABŞ ilə Avropa İttifaqının Tbilisi ilə münasibətləri pisləşib. Bu günlərdə isə Gürcüstanda LGTB təbliğatını və cins dəyişdirilməsini qadağan edən qanun layihəsi qəbul edildi. Aİ təmsilçiləri bu qanunu da narazılıqla qarşılayıblar.
Hürr Tərcüman