📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk” - Səfirlik

2026-08-08 18:09:46

“Liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk” - Səfirlik

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə bəyanat yayıb.

Hurriyyet.Media  xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında paylaşılan bəyanatda deyilir: “Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk. Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək”.