📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lionel Messi “Barselona”dan rəsmən AYRILDI

2021-08-05 22:19:00

Lionel Messi “Barselona”dan rəsmən AYRILDI

“Barselona”nın kapitanı Lionel Messinin taleyinə aydınlıq gəlib.

Kataloniya klubu argentinalı superulduzla yeni müqavilə imzalanmayacağını bəyan edib.

Bir müddət əvvəl klubla yeni 5 illik müqavilə imzalanması xəbəri yayılan 34 yaşlı futbolçu ilə yollar rəsmən ayrılıb.

Onun karyerasını PSJ və ya “Mançester Siti”də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib. \\Unikal.org