Liparityan: “İrəvan indi Azərbaycanla sülh razılaşmasını imzalamasa...”
2023-05-12 16:43:00
Hurriyyet.az xəbər verir ki, erməni diplomatiyasının veteranı, Ermənistanın birinci prezidentinin müşaviri, 1991-1997-ci illərdə Qarabağ danışıqlarında iştirak eləmiş Jirayr Liparityan Ermənistanın İctimai kanalındakı çıxışı zamanı Türkiyənin ermənilərə müsbət münasibət bəslədiyini söyləyib.
O, İrəvanın indi Azərbaycanla sülh müqaviləsi imzalamayacağı təqdirdə, “yeni müharibənin başlanacağını və Ermənistanın yeni itkilər verəcəyini” deyib.
Liparityan deyib: “Axı Qarabağ bizimki deyil ki, biz onu təhvil vermiş olaq. Müharibədən sonra biz Qarabağ məsələsi ilə bağlı nəsə demək imkanını itirmişik”.
Hürr Tərcüman