📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lirə çökür: Perinçək çıxış yolu təklif etdi

2021-12-17 09:00:00

Lirə çökür: Perinçək çıxış yolu təklif etdi

Türkiyənin qarşısında asan inkişaf yoxdur. Türkiyə Çindən daha yaxşı başlanğıc nöqtəsindədir. 1949-cu ildəki Çinə baxanda Türkiyə onunla müqayisə edilə bilməyəcək bir vəziyyətdədir.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.

"Türkiyə çalışqan işçi qüvvəsinə, yaxşı coğrafiyaya və kapital yığımına malikdir. Telefonu Türkiyədə istehsal edəcəyik. Əvvəlcə keyfiyyətli olmaya bilər, amma sonra keyfiyyətlə edəcəyik. Zamanla iqtisadi inkişaf da baş verəcək. Heç bir şey bir anda olmur. Əvvəlcə Türkiyənin harada yerləşdiyinə baxaq. Tez bir zamanda nail ola biləcəyimiz bir həll yolu təklif edirəm", - Perinçək qeyd edib.

Qeyd edək ki, ötən gün lirə daha bir tarixi antirekord vurub və dollar 15,65 lirəyə qalxıb.