📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Lirə dollar qarşısında tarixi minimuma düşdü

2023-05-30 14:16:00

Lirə dollar qarşısında tarixi minimuma düşdü

Bu gün Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı məzənnəsi ən aşağı səviyyəyə düşüb. 

Hurriyyet.az xəbər verir ki, 1 dollar bu gün 20,3 lirəyə bərabər olub.

Qeyd edək ki, Türkiyə lirəsi dollar qarşısında heç vaxt bu səviyyədə ucuzlaşmayıb.

Onu da bildirək ki, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları demək olar ki, tükənib. Bu səbəbdən Mərkəzi Bankın lirəni qorumaq üçün bazara müdaxilə imkanları qalmayıb. Ehtimal etmək olar ki, yaxın günlərdə lirə dollar qarşısında daha çox ucuzlaşacaq.