📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liseydə şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

2026-02-07 12:38:16

Liseydə şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.