📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

2026-09-25 14:30:24

Litva - Azərbaycan matçının hakimləri açıqlandı

UEFA Millətlər Liqasının ilk turunda keçiriləcək Litva - Azərbaycan matçının hakimləri müəyyənləşib.

Hurriyyet.media  UEFA-ya istinadən xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.

Oyunun baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-si keçiriləcək.