📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva-Belarus sərhədində alman ordusu üçün hərbi şəhərcik tikiləcək

2024-08-15 13:20:08

Litva-Belarus sərhədində alman ordusu üçün hərbi şəhərcik tikiləcək

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Litva Belarusla sərhədin yaxınlığında hərbi şəhərcik tikəcək. Rudninka poliqonunda Litva tarixində ən böyük hərbi infrastruktur yaradılacaq.
Litvanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, orada Almaniyanın hərbi briqadasının yerləşdirilməsi planlaşdırılır.
Avqustun 19-da keçiriləcək təməlqoyma mərasimində Litvanın Baş naziri İnqrida Şimonite, müdafiə naziri Laurinas Kaşyunas, Litvanın Silahlı Qüvvələrinin baş komandanı general Raymundas Vaykşnoras və Almaniyanın hərbi briqadasının əsas bölməsinin komandiri Andre Hastenrat iştrak edəcəklər.
Şəhərcik 170 hektar ərazidə inşa ediləcək.
Nazirlikdən verilən açıqlamada poliqonunun bundesverin briqadasının məşqləri üçün əsas yer olacağı bəyan edilib. Alman hərbçilərinin oraya tam şəkildə yerləşdirilməsi 2027-ci ildə başa çatacaq.
Almaniya Litva ərazisinə ümumilikdə 5 min nəfər hərbçi və köməkçi personal yerləşdirməyə hazırlaşır.
Hürr Tərcüman