📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva Belarusla sərhəd məntəqələrini bağlayacaq

2023-08-04 14:14:00

Litva Belarusla sərhəd məntəqələrini bağlayacaq

Hurriyyet.az xəbər verir ki, Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kasçyunas Litva Milli Radio və Televiziyasının efirindəki çıxışında Belarusla Litva sərhədində bəzi buraxılış məntəqələrinin bağlanacağını deyib: “Bəzi məntəqələrin bağlanması sadəcə zaman məsələsidir. Bu, hökmən olacaq. Hətta vəziyyət pisləşsə, sərhədin tamamilə bağlanacağı barəsində qərar qəbul ediləcək”.

Avqustun 3-də Litva Prezidenti Qitanas Nauseda Belarusla sərhəddə mühafizənin gücləndirildiyini və onu bağlamağa hazır olduğunu bəyan edib. Prezident deyib: “Belarusla sərhədin bağlanmasını nəzərdən keçiririk. Lakin, bunu Latviya və Polşa ilə də razılaşdırmaq lazımdır”.

Hürr Tərcüman