📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva Müdafiə Nazirliyi: “Çin telefonlarını tullayın” Rəqəmsal müharibə

2021-09-23 16:59:00

Litva Müdafiə Nazirliyi: “Çin telefonlarını tullayın” Rəqəmsal müharibə

Hurriyyet.az xəbər verir ki, Litva Müdafiə Nazirliyi Çinin “Xiaomi” telefon markası ilə bağlı xəbərdarlıq edərək, bu telefonları dərhal tullantı yeşiyinə atmaq lazım olduğunu bildirib və onları daha satın almamağı tövsiyə edib.

Nazirlik tərəfindən verilən açıqlamada milli kibertəhlükəsizlik təşkilatının hesabatına istinad edilir, “Xiaomi” markalı telefonların “Azad Tibet” demokratiya hərəkatı, “Tayvanın müstəqilliyi var olsun” kimi ifadələri senzuradan keçirən xüsusiyyətə malik olduğu diqqətə çatdırılır.

Həmçinin, “Xiaomi” telefonlarının insanlar barəsindəki məlumatları məxfi şəkildə Sinqapurdakı serverə ötürdüyü bildirilir.