Litva prezidenti Qitanas Naseda: Rusiyanın imperiya ambisiyalarının həddi-hüdudu yoxdur
Litva prezidenti Qitanas Nauseda NATO sammitində deyib ki, NATO-nun növbəti addımları Rusiyanı durdurmalıdır və Ukraynanın köməyə ehtiyacı var, çünki Rusiyanın imperiya ambisiyalarının əndazəsi yoxdur. “Yevropeyskaya pravda” yazır ki, prezidentin sözlərini "LRT" sitat gətirir.
"Rusiya indiyə qədər mövcud olan beynəlxalq nizama meydan oxuyub, ona görə də onilliklər ərzində yaşadığımız təhlükəsizlik mühiti müyyənləşməlidir. İlk növbədə, Rusiya NATO üçün uzunmüddətli təhdid kimi tanınmalıdır və NATO-nun kollektiv müdafiə potensialından istifadə edilməlidir... Rusiyanın İmperatorluğun bərpası üçün iştahası sonsuzdur ", deyə Qitanas Nauseda bildirib.
O qeyd edib ki, NATO üzvləri arasında ən çox Baltikyanı ölkələrin məsələsi kəskindir, çünki onları təkcə Rusiya deyil, həm də Belarus təhdid edir.
Onun sözlərinə görə, Rusiyanə lazımi şəkildə cilovlamaq üçün Litvada yerləşdirilən hərbi qulluqçuların sayı briqada səviyyəsində olmalıdır və ölkə münaqişə başlayandan sonra müttəfiqlərin qüvvələri köçürmək öhdəliyindən asılı ola bilməz.
Qitanas Nauseda Rusiya ilə Kaliniqrad arasındakı Suval dəhlizinin təhlükəsizliyinin qorunmasının zəruriliyini vurğulayıb, çünki Rusiya və Belarusun bu dəhlizi işğal edəcəyi təqdirdə Baltik ölkələrinə yardım etmək mümkün olmayacaq.
Ülviyyə, Hurriyyet.az