📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva Prezidenti yeni Baş nazirə tapşırıq verib

2024-07-22 18:28:33

Litva Prezidenti yeni Baş nazirə tapşırıq verib

Litva Prezidenti Gitanas Nauseda respublikanın Baş naziri vəzifəsinə İnqrida Şimoniteni təyin edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə yerli "Respublika" nəşri məlumat yayıb.

Litva qanunlarına görə, İ.Şimonite 15 gün ərzində nazirlərin siyahısını hazırlamalı və təsdiq üçün təqdim etməlidir.

Bundan əvvəl Litva Seymi (parlamenti) Prezident G.Nausedanın təklifi ilə İ.Şimoniteni respublikanın Baş naziri vəzifəsinə təsdiqləyib.