📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva rusiyalı diplomata 5 gün möhlət verdi

2022-12-01 19:53:00

Litva rusiyalı diplomata 5 gün möhlət verdi

Hurriyyet.az xəbər verir ki, Litvanın Xarici İşlər Nazirliyi dekabrın 1-də Rusiya səfirliyinin əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Diplomat 5 gün ərzində ölkəni tərk eləməlidir.

Nazirliyin açıqlamasında deyilir: “RF səfirliyinin təmsilçisi dekabrın 1-də Xarici İşlər Nazirliyinə çağrılıb. Ona Litvadakı səfirliyin əməkdaşlarından birini persona non qrata elan edən nota təqdim edilib. Səbəb həmin əməkdaşın diplomat statusu ilə bir yerə sığmayan fəaliyyətlə məşğul olmasıdır”.

Rusiya XİN “müvafiq cavab addımı atılacağını” bəyan edib.

Hürr Tərcüman