📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva Ukraynaya hərbçi göndərməyə hazırdır

2024-05-08 13:18:31

Litva Ukraynaya hərbçi göndərməyə hazırdır

Hurriyyet.az xəbər verir ki, Litvanın Baş naziri İnqrida Şimonite ölkəsinin hərbçilərini təlim missiyası ilə Ukraynaya göndərməyə razı olduqlarını bəyan edib.
Baş nazir Litva parlamentinin müvafiq qərarının olduğunu, lakin Kiyevin hələlik belə bir müraciət eləmədiyini söyləyib.
Şimonite Rusiyanın bunu təxribat hesab edəcəyini etiraf edərək deyib: "Əgər biz təkcə Rusiyanın cavabı barəsində fikirləşsəydik, heç nə göndərə bilməzdik. Hər iki həftədən bir kiminsə nüvə zərbəsi ilə vurulacağını eşidirsiniz".
Hürr Tərcüman