📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litva Ukraynaya nəhəng vəsait ayırır

2025-04-11 14:41:50

Litva Ukraynaya nəhəng vəsait ayırır

Hurriyyet.az Litva mətbuatına istinadla xəbər verir ki, Litva silah-sursat alınması üçün Ukraynaya 20 milyon dollar ayıracaq. Litvanın müdafiə naziri Dovile Şakalene deyib: "Yay çox ağır keçə bilər. Buna görə də mümkün qədər tez yardım göstərməliyik. Litva patronların alınmasına əlavə 20 milyon dollar ayırmağı planlaşdırır. Çünki, bu, Ukraynanın indi həqiqətən də ehtiyacı olduğu şeylərdən biridir".
Şakalene bildirib ki, NATO-nun mənzil qərargahında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Kiyevin zəruri tələbatlarını müzakirə etməyi planlaşdırır. 
Hürr Tərcüman