Litvada ABŞ ordusunun yeni qüvvələri yerləşdiriləcək
2022-03-30 15:33:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Litvada ABŞ ordusunun iki yeni batalyonu yerləşdiriləcək. Litvanın Müdafiə naziri Arvidas Anuşauskas hərbçilərin aprelin axırından, yaxud da mayın əvvəlindən başlayaraq yerləşdiriləcəyini bildirib. Nazirin sözlərinə görə, 2021-ci ildən bəri Litvadakı NATO hərbçilərinin sayı təqribən 1000 nəfər artıb və təxminən min nəfər də artmalıdır.
Hürr Tərcüman