📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Litvanın dövlətçilik günü-6 iyulda 10 min litvalı Bayraktar TB2-ni Ukraynaya “ yola salmağa” gəldi

2022-07-07 13:22:00

Litvanın dövlətçilik günü-6 iyulda 10 min litvalı Bayraktar TB2-ni Ukraynaya “ yola salmağa” gəldi

10 min litvalı Bayraktar TB2 PUA-ların Ukraynaya göndərilməsinə tamaşa etmək üçün Vilnüsdəki aviabazaya toplaşıb.
Bundan əvvəl Litvada Ukraynaya “Bayraktar”ların alınması üçün ianə aksiyası təşkil edilib. Litvalılar PUA-ları almaq üçün 3,3 milyon avro topladı, lakin Türkiyənin "Bayraktar" şirkəti onu pulsuz olaraq bağışlayacağını açıqladı. Yığılan pul Ukraynaya humanitar yardıma xərclənəcək.
6 iyul Bayraktar PUA-larının Ukraynaya göndərilməsi simvolik tarixi seçilib. Bu gün Litvada 1252-ci ildə Şahzadə Mindauqasın tacqoyma gününə təsadüf edən Dövlətçilik Günü qeyd olunur.

Ülviyyə, Hurriyyet.az