📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan Britaniyaya nota verdi

2024-02-06 17:38:31

Livan Britaniyaya nota verdi

Hurriyyet.az xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Kameronun Beyruta səfəri ilə əlaqədar Livan XİN Londona nota verib. Etirazın səbəbi nazirin ölkəyə səfəri zamanı Xarici İşlər Nazirliyinə getməməsidir.
Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdulla Bu Həbib Böyük Britaniyanın səfiri Hemiş Kouelli nazirliyə çağıraraq etiraz notasını təqdim edib. "Al Mayadeen" telekanalının məlumatına görə, Britaniya XİN rəhbəri Yaxın Şərq turnesi çərçivəsində fevralın 1-də ölkəyə birgünlük səfəri zamanı Livanın Baş naziri Nəcib Mikati və Deputatlar Palatasının sədri Nabih Berri ilə görüşüb.
Hürr Tərcüman