📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan işıqsız və rabitəsiz qalıb

2023-08-17 12:27:00

Livan işıqsız və rabitəsiz qalıb

Hurriyyet.az xəbər verir ki, Livan tamamilə işıqsız və rabitəsiz qalıb – ölkəni elektrik enerjisi ilə təmin edən iki İstilik Elektrik Stansiyası borclara görə söndürülüb.

“Say Nyus” telekanalının informasiyasına görə, dövlətin enerji şirkətlərinə olan borcu 83 milyon dollara yaxındır.

Yaşayış evlərindən başqa, xəstəxanalar, dövlət müəssisələri, Beyrut beynəlxalq aeroportu, əhalini içməli su ilə təmin edən stansiyaları və s. elektrik enerjisindən məhrum edilib.

Hürr Tərcüman