📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan-İsrail danışıqlarına yenə Rubio vasitəçilik edəcək

2026-04-22 10:59:11

Livan-İsrail danışıqlarına yenə Rubio vasitəçilik edəcək

ABŞ dövlət katibi Marko Rubio aprelin 23-də Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqlarda da iştirak edəcək.

Musavat.com xəbər verir ki, məlumatı CNN mənbəyə istinadən yayıb.

Mənbənin məlumatına görə, danışıqlarda Rubiodan əlavə, ABŞ-ın Livan və İsraildəki səfirləri Mişel İssa və Mayk Hakabi, eləcə də Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edəcək.

Livan və İsrail səfir səviyyəsində təmsil olunacaq.

14 apreldə ABŞ-da İsrail və Livan arasında 43 ildən sonra ilk birbaşa danışıqlar raundu baş tutub. Hər iki tərəf səfir səviyyəsində də təmsil olunub.