📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan Rusiyadan kömək istəyib - Moskva hərəkətə keçdi

2024-10-03 16:30:31

Livan Rusiyadan kömək istəyib - Moskva hərəkətə keçdi

Hurriyyet.az xəbər verir ki, Livan Yaxın Şərqdəki münaqişənin həll edilməsi üçün Rusiyadan diplomatik yardım istəyib. Bu barədə Livanın Rusiyadakı səfiri Şauki Bu Nassar TASS informasiya agentliyinə məlumat verib. Onun sözlərinə görə, Moskva bu məqsədlə artıq dünyanın bir sıra ölkələrinə "çox sayda zənglər edib".
Səfir deyib: "Keçirdiyim görüşlər zamanı Yaxın Şərqdə və bütün dünyada, o cümlədən BMT platformasındakı bütün nüfuzlu qüvvələr və maraqlaı tərəflərlə təmasda diplomatik səyləti fəallaşdırmağı xahiş etdim. Moskva aydın şəkildə bildirdi ki, məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiyanın rəsmi şəxsləri çox sayda zənglər edirlər".
Hürr Tərcüman