📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livan son həftə ərzində ikinci dəfə İsrailə hücum etdi

2021-08-06 16:10:00

Livan son həftə ərzində ikinci dəfə İsrailə hücum etdi

Hurriyyet.org xəbər verir ki, Livandan İsrail ərazisinə 19 raket atılıb. İsrailin Müdafiə ordusunun mətbuat katibi Amnon Şefler atılan 19 raketdən 3-nün Livanın öz ərazisinə düşdüyünü bildirib: “19 raket atılıb, onlardan 16-sı İsrail sərhədini keçib, 10-u dəf edilib”. O, jurnalistlərin qarşısındakı çıxışında İsrailin “gərginliyin alovlanmasında maraqlı olmadığını, lakin bu cür terror aktlarına yol verməyəcəyini” bildirib.

Bu həftə ərzində artıq ikinci dəfədir ki, Livandan İsrailə hücum edilir. Hazırda İsrail ordusu Livandakı hücum nöqtələrinə zərbələr endirir.

İsraildə raket zərbələrindən zərərçəkənlərin olmadığı bildirililr.