📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livana hücumlar nəticəsində 41 nəfər ölüb

2026-03-07 20:28:57

Livana hücumlar nəticəsində 41 nəfər ölüb

İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Hurriyyet.info BBC-yə istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında Livan ordusunun üç hərbçisi də var. Hadisə İsrail qüvvələri ilə qəsəbədəki silahlı qruplar arasında baş verən toqquşmalar fonunda baş verib.

Məlumata görə, gecə saatlarından şənbə gününə keçən müddətdə bölgədə intensiv döyüşlər və hava zərbələri qeydə alınıb.