📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livanda İsraillə müharibəyə hazırlıq əmri verildi - nazirliklər və xəstəxanalar səfərbər olur

2024-01-15 13:14:43

Livanda İsraillə müharibəyə hazırlıq əmri verildi - nazirliklər və xəstəxanalar səfərbər olur

Hurriyyet.az xəbər verir ki, "Blumberq" (Bloomberg) nəşrinin yazdığına görə, Livan hökuməti bir sıra dövlət idarələrinə, o cümlədən nazirliklərə və xəstəxanalara İsrail müharibənin başlanması ehtimalı ilə əlaqədar yüksək hazırlıq səviyyəsində olmaq göstərişi verib. 
"Naharnet" portalının məlumatına görə, oktyabrın 8-dən bəri Livandan İsrail tərəfinə 2 mindən artıq raket və 350 kamikadze dron göndərilib. Nəticədə 12 hərbçi, 7 köçkün həlak olub, 170 nəfər yaralanıb. İsrailin şimallında Livanla həmsərhəd olan 40 yaşayış məntəqəsindən 115 min nəfər sakin təxliyyə olunub.
Livanın cənubunda isə İsrail hücumları nəticəsində 32 nəfər dinc sakin, 153 "Hizbullah" döyüşçüsü həlak olub, 75 min nəfər qaçqın düşüb.
Hürr Tərcüman