Livanda müharibə olasaq? ABŞ-dan xəbərdarlıq
2024-07-29 17:56:02
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti amerikalıları "böhran başlanana qədər" təcili şəkildə Livanı tərk etməyə çağırıb.
ABŞ Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rene Bitter ABŞ vətəndaşlarının Livanı tərk edə bilmədikləri təqdirdə, onlara "uzunmüddətli sığınacaqlar tapmağı" tövsiyə edib.
Bitterin müraciəti ABŞ-ın Beyrutdakı səfirliyinin X hesabında paylaşılıb.
Müraciətdə deyilir: "Vəziyyətin ağırlaşacağını nəzərə alaraq, ABŞ vətəndaşlarına böhran başlanana qədər hərəkət planı qurmağı tövsiyə edirik.... Bölgədə münaqişənin kəskinləşməsinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq qohumlarınızı Livana səfər etməkdən israrla çəkindirməyə çalışın".
Hürr Tərcüman