📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livandan İsrailə raket atıldığı iddia edilir

2023-07-06 14:41:00

Livandan İsrailə raket atıldığı iddia edilir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Livanın “Hizbulla” hərəkatına yaxın olan “Əl Əxbariyyə” qəzeti Beyrutun təhlükəsizlik qüvvələrinə istinadla iyulun 6-da səhər saatlarında Livan ərazisindəki Məcidiyyə rayonundan İsrailə iki raket atıldığını, İsrailin də həmin rayona cavab zərbəsi endirdiyini yazıb.

Lakin ÇAXAL rəhbərliyi Livn ərazisindən raket atılmadığını, yalnız sərhəd rayonunda köhnə bir minanın partladığını bildirib.  

Hürr Tərcüman