📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Livanın bombalanması nəticəsində 6 İran diplomatı öldü

2026-03-27 19:20:53

Livanın bombalanması nəticəsində 6 İran diplomatı öldü

İsrailin Livandakı yaşayış məntəqələrini bombalaması nəticəsində altı İran diplomatı ölüb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bəyanatda İran diplomatlarının adları da qeyd olunub. İran XİN onların ölümünü “mütəşəkkil terrorizmin nümunəsi və beynəlxalq hüququn fundamental prinsiplərinə hücum” kimi qiymətləndirib.