📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Liverpul" Kloppla bağlı qərarını verdi

2023-02-23 20:12:00

"Liverpul" klubunun rəhbərliyi komandanın uğursuz nəticələrinə baxmayaraq, baş məşqçi Yurgen Kloppu qovmaq niyyətində deyil.

Klub rəhbərliyi 55 yaşlı almaniyalı mütəxəssisi dəstəkləyir.

Rəhbərlik və Klopp artıq yay transfer pəncərəsi üçün planlar hazırlayırlar.

Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla 8-cidir. Komanda Çempionlar Liqasında da mübarizəni davam etdirir. "Mersisaydlılar" 1/8 finalın ilk oyununda evdə "Real"a 2:5 hesabı ilə uduzublar.\\Offsideplus.az