📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Liverpul" və "Arsenal" türkiyəli futbolçu üçün transfer yarışına giriblər

2024-07-11 21:12:04

"Liverpul" və "Arsenal" komandaları "Qalatasaray"ın hücumçusu Barış Alperi transfer etmək istəyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə teamTALK Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə Mersisayd klubu 24 yaşlı futbolçunun tranferi üçün yaxın günlərdə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"ın heyətində 55 oyuna çıxan Barış Alper bu görüşlərdə 7 qol və 12 asistlə çıxış edib.Onun klubla hazırki müqaviləsi 2027-cu ilə qədərdir. Transfermark portalında Barış Alperin dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.