📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Liverpul" yoxsa "Barselona"?

2021-11-18 21:27:00

İngiltərənin "Vulverhempton" klubunun məşhur futbolçusu Adama Traoreyə iki "elçi" var.

25 yaşlı ispaniyalı vingeri transfer etmək üçün "Liverpul" və "Barselona" hərəkətə keçib. Xavi Kataloniya təmsilçisinin heyətini Traore ilə gücləndirməyə hazırlaşır.

"Liverpul"un çalışdırıcısı Yurgen Klopp da adıçəkilən futbolçunu sərəncamında görmək niyyətindədir. Mənbənin yaydığı məlumata görə, "Barselona" bu keçidin reallaşması üçün daha çox səy göstərir.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Traore 2018-ci ildən "canavarlar"ın şərəfini qoruyur. \\ Offsideplus