📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liverpulda avtomobil partlayışı: Ölən və yaralanan var

2021-11-15 12:15:00

Liverpulda avtomobil partlayışı: Ölən və yaralanan var

İngiltərənin Liverpul şəhərində avtomobil partlayıb.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qadın Hospitalı qarşısında baş verib. Şəhər polisinin verdiyi məlumata görə, insident zaman bir nəfər ölüb, daha bir nəfərsə yaralanıb. Xəsarət alan şəxsin xəstəxanaya çatdırıldığı və həyatı üçün təhlükə olmadığı bildirilib.

İnsidentin baş verdiyi ərazi mühasirəyə alınıb. Araşdırma aparılır.