📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liviyada Baş nazirin avtomobili atəşə tutuldu

2022-02-10 12:25:00

Liviyada Baş nazirin avtomobili atəşə tutuldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Liviyada ölkənin Baş naziri Əbdülhəmid Əl Dibeybeyə sui-qəsd cəhdi olub. Hökumət başçısının avtomobili atəşə tutulsa da, Baş nazir zərər çəkməyib. Bu barədə məlumatı “Əl Cəzirə” telekanalı Afrika ölkəsindəki yerli mənbələrə istinadla öz “Tvitter” səhifəsində yayıb.

Hadisə paytaxt Tripoli şəhərində baş verib. Naməlum şəxslər hökumət başçısının avtomobilinə atəş açdıqdan sonra qaça biliblər. Sui-qəsdçilərin kimliyi barəsində hələlik məlumat yoxdur.

Liviyanın Baş prokurorluğu sui-qəsd işi ilə bağlı təhqiqata başlayıb.

Hürr Tərcüman