Liviyada əsrin fəlakəti! 20 min nəfərə yaxın insan yuxuda ikən ölümlə qarşılaşdı - VİDEO
Hurriyyet.az BBC kanalına istinadla xəbər verir ki, yerli rəsmi şəxslərin açıqlamalarına görə, Liviyadakı daşqınlar nəticəsində 20 min nəfərə qədər insanın öldüyü güman edilir. Bazar günü ölkənin şərqini fəlakətli daşqınlar cənginə alıb.
Derna liman şəhərinin meri Səudiyyə Ərəbistanın “Əl Ərəbiyyə” telekanalına müsahibəsində iki bəndin yıxılması nəticəsində 18-20 min nəfərə yaxın əhalinin yuxuda ilən həlak olduğunu deyib. Bələdiyyə başçısı kanala açıqlamasında bu rəqəmləri sel suları altında qalan ərazidə yaşayan əhalinin sayına əsasən söylədiyini deyib. Dağıntıların və suların altında qalan cəsədlərin çıxarılmaması bölgədə xəstəliklərin yayılması riskini artırır.
Liviyadakı rəqib hökumətlər təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətdən yardım istəyiblər.
Hürr Tərcüman