📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liviyada gərginlik: Orduya əmr verildi

2024-08-10 10:38:07

Liviyada gərginlik: Orduya əmr verildi

Liviyada marşal Xəlifə Haftara bağlı qüvvələrin ölkənin cənub-qərbində hərəkətliliyi Liviya Ali Dövlət Şurasının narahatlığına səbəb olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Liviyanın Baş Qərargah rəisinin müavini Səlahəddin Nəmruş orduya ölkənin cənubundakı Şüveyrif bölgəsində mümkün hücumu dəf etmək üçün hazırlıq səviyyəsini artırmaq əmri də verib.

Artıq məsələ ilə bağlı ABŞ, Fransa, Almaniya, İtaliya və Britaniyanın Liviyadakı səfirlikləri ölkənin cənub-qərbindəki hərəkətliklə bağı öz narahatlıqlarını da ifadə ediblər./Axar.az/