📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Liviyada Hökumət Evi ilə Müdafiə Nazirliyi mühasirəyə alındı

2021-12-16 17:51:00

Liviyada Hökumət Evi ilə Müdafiə Nazirliyi mühasirəyə alındı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Liviyanın paytaxtı Tripoli şəhərində silahlı qruplar Hökumət Evi ilə Müdafiə Nazirliyinin binasını mühasirəyə alıblar. Silahlı qrupların hansı qüvvələrə məxsus olduğu bilinmir. Məlumatı yerli mətbuat yayıb. Xəbərlərdə Tripolinin bəzi rayonlarında elektrik enerjisinin kəsildiyi də bildirilib.

“Skay Nyus” kanalı yerli mediaya istinadən Prezident Şurası rəhbəri Məhəmməd Yunus əl Mənfi ilə digər şura üzvlərinin təhlükəsiz yerə köçürüldüyünü xəbər verib.

 

Hürr Tərcüman